2018-05-02

Fransanın “La Baule+” jurnalında Azərbaycanla bağlı reportaj dərc edilib

Fransanın “La Baule+” jurnalında Azərbaycanla bağlı reportaj dərc edilib.

Reportajda Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi inkişafı, təbii sərvətləri, Avropanın enerji təhlükəsizliyində rolu, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti barədə ətraflı məlumat verilir. Ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələrinin mehriban şəkildə yaşadıqları diqqətə çatdırılır.

Müəllif Yannik Urryen aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etdiyini, səsvermənin şəffaf və ədalətli keçdiyini bildirir. Paytaxt Bakı barədə söhbət açan jurnalistin ölkəmizdə görüşdüyü rəsmi şəxslərdən aldığı müsahibələr də reportajda yer alıb.

Fransalı jurnalist Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən də bəhs edir.

https://azertag.az/xeber/1158893

Arxiv üzrə axtarış