2018-05-07

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycanda səfərdə olan Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvləri mayın 7-də Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

https://azertag.az/xeber/1160573

Arxiv üzrə axtarış