2018-07-12

Prezident İlham Əliyev Brüsseldə BMT baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb YENİLƏNİB VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Brüsseldə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi müzakirə edildi. Həmçinin ATƏT-in həmsədr ölkələrinin nazirlərinin iyulun 11-də keçirilən görüşü barədə məlumat verildi və ətraflı fikir mübadiləsi aparıldı.

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Brusselde_BMT_bas_katibinin_siyasi_meseleler_uzre_muavini_ile_gorusub_YENILANIB_VIDEO-1179216

Arxiv üzrə axtarış