2018-07-30

Tanınmış fransalı jurnalist UFAZ-da

Fransalı jurnalist, “Winner” və “WinnArt” jurnallarının təsisçisi Vera Baudey Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov və baş katibi Şarlot Payen universitetin fəaliyyəti, təhsil müəssisəsində tədris olunan ixtisaslar, tədris üsulları, tələbə kontingenti və s. barədə fransalı jurnalistə ətraflı məlumat veriblər.

Sonra V.Baudey UFAZ-ın auditoriyaları, laboratoriya və maddi-texniki bazası ilə tanış olub.

Qeyd edək ki, V.Baudey İtaliya, Rusiya və Almaniyada radio müxbiri vəzifəsində çalışarkən böyük təcrübə qazanıb.

https://azertag.az/xeber/Taninmis_fransali_jurnalist_UFAZ_da-1183847

Arxiv üzrə axtarış