2020-03-17

Fransa Hökuməti pandemiya halını almış Covid-19 virusunun daha da yayılmasının qarşısını almaq məqsədilə 17 mart saat 12:00-dan ölkə ərazisində xüsusi vəziyyətin tətbiq olunduğunu elan etdi.

Bu çərçivədə Fransa ərazisində aşağıdakı hallar tətbiq olunaraq müvafiq icazə və qadağalar tətbiq olunacaq:

İcazə verilmiş hərəkət etmə

Qeyd: Hər bir halda, əvvəlcədən müvafiq şəhadətnamələri doldurmaq lazımdır ki, yoxlama halında hərəkətinizin səbəbini göstərə biləsiniz. Sözügedən şəhadətnamə bu internet keçidindən yüklənə bilər - https://www.interieur.gouv.fr/Actualites/L-actu-du-Ministere/Coronavirus-COVID-19-Questions-reponses-sur-les-mesures-de-restrictions.

 

Bu şəhadətnamə çap edilmiş və yaxud adi kağıza köçürülmüş variantda üstünüzdə olmalıdır.

  • İşə getmək: İşə mütləq getməli olan insanlar, hətta ofisləri qonşu bələdiyyədə olsa belə, bunu edə bilərlər. Lakin Fransa Prezidenti Emmanuel Makron 16 mart 2020-ci il çıxışında peşənin imkan verdiyi təqdirdə, məsafəli işə maksimum üstünlüyün verilməsinin lazımlığını qeyd etmişdir. Bununla yanaşı, tibb işçiləri, eləcə də internetdə çalışan jurnalistlər "informasiya azadlığı naminə" sərbəst hərəkətini davam etdirə biləcəklər.
  • Müalicə almaq: Xroniki bir xəstəliyin mövcudluğu və ya reseptin uzadılmasının gərəkdiyi, aptekə gedilməsinə icazə verilir. 37,5 Cº-dən yuxarı qızdırma və tənəffüs infeksiyasının simptomlarının olduğu təqdirdə, evdə qalmaq, sizi müalicə edən həkimə müraciət etmək, onun ofisinə və ya təcili yardım məntəqəsinə getməmək tələb olunur.
  • Həssas şəraitdə olan insanlara yardım göstərmək: Məhdudiyyətlər həssas şəraitdə olan əlil və ya tənha yaşlı ailə üzvünüzü ziyarət etməyə icazə verir. Siz həmçinin onlar üçün ilk zərurət (qidalanma, aptek) ehtiyaclarını yerinə yetirə bilərsiniz.
  • Fərdi qaydada idmanla məşğul olmaq: Siz zaman-zaman, qısa müddətli, yaşadığınız evin yanında və dostlarınızla əlaqə yaratmaq məqsədini daşımayan idmanla məşğul ola bilərsiniz.
  • Bazarlıq etmək. Sakinlər gigienik qaydalara əməl edərək, 1 metrlik məsafədə növbə saxlamaq və maskadan istifadə etmək şərtilə əvvəlkitək zəruri alışlarını həyata keçirə bilərlər.
  • Ev heyvanlarını gəzdirmək. Ev itlərini hər zaman olduğu kimi gəzdirməyə icazə verilir, lakin bu qısa gəziş şəklində olmalı və qrup halını daşımamalıdır.

Səyahətlər qadağan olunur

  • Ailəvi nahar və dostlarla toplaşmaq. Restoran, kafe və barların fəaliyyəti dayandırılır. Fərdlər arasında sosial təmasları məhdudlaşdırmaq məqsədilə parklarda toplaşmaq qadağan olunur.
  • Fiziki fəaliyyət. Təmiz hava almaq üçün gəzinti və fərdi idman halları qəbul olunsa da, hazırki dövrdə qrup halında futbol oynamaq və digər idman növləri ilə məşğul olmaq qadağan olunur.

  • Prioritet olmayan alışlar. Yalnız zəruri olan alışlara icazə verilir, buna görə prioritet olmayan alışları təxirə salmaq tələb olunur. Bu dövrdə fəaliyyət göstərən mağazaların siyahısını müvafiq linkdən əldə edə bilərsiniz.

 

Səfər edən, lakin  buna haqq qazandıra bilməyən bütün şəxslər 135 avro məbləğində cərimə oluna bilərlər.

Arxiv üzrə axtarış