Səyyar Konsulluq Xidməti
Səyyar Konsulluq Xidməti
Səyyar Konsulluq Xidməti haqqında
Azərbaycan Respublikasının Fransadakı Səfirliyi tərəfindən Nant şəhərində 18 sentyabr 2026-cı il tarixində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.
Səyyar konsulluq qəbulu çərçivəsində aşağıdakı xidmətlər göstəriləcək:
Ümumvətəndaş pasportlarının yenilənməsi
Konsulluq-hüquq sahəsində məsləhətlərin verilməsi
Müraciət etmək istəyən vətəndaşlardan aşağıdakı əlaqə vasitələri ilə 16.09.2026-cı il tarixinədək müraciət etmələri xahiş olunur:
+33 (0) 1 44 18 60 23; +33 (0) 6 74 74 03 98 (WhatsApp)
consul_paris@mission.mfa.gov.az