“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 noyabr 2017

Avropa Parlamentinin deputatı: Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamıkin söyləyib.

Onun sözlərinə görə, münaqişələrin həlli beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin məşğul olduğunu xatırladan avropalı deputat qeyd edib ki, münaqişənin həll olunmaması Avropa qonşuluq siyasətinin tam həyata keçirilməsinə mane olur.

A.Mamıkin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir, münaqişə hərbi yox, siyasi yolla həllini tapmalıdır.

https://azertag.az/xeber/Avropa_Parlamentinin_deputati_Dagliq_Qarabag_munaqisesi_ilk_novbede_Azerbaycanin_erazi_butovluyu_cherchivesinde_hell_olunmalidir-1107850

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti