“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 may 2018

Azərbaycan-Belarus hərbi əməkdaşlığı genişləndirilir

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri general-mayor Oleq Dviqalyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki sahədə birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə edilərək bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Nümayəndə heyətləri Belarus hərbi-sənaye kompleksi müəssisələrinin istehsal etdiyi bütün qoşun növləri üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı hərbi məhsulların Azərbaycan Ordusunun silahlanmasına qəbul edilməsini müsbət qiymətləndiriblər.

Tərəflər hərbi-texniki əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə edərək Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəlmiş yeni böyük layihələrin həyata keçirilməsi istiqamətlərini müəyyənləşdiriblər.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti