“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 noyabr 2017

Azərbaycan Prezidenti: Biz tərəfdaşlarımızla çox sağlam zəmində əməkdaşlıq qurmuşuq

Azərbaycanın timsalında göstərilir ki, dövlət və xarici sərmayədarlar birlikdə necə iş qurmalıdırlar? Bu iş hansı prinsiplər əsasında qurulmalıdır? Burada da Azərbaycan bir nümunədir. Çünki biz tərəfdaşlarımızla, xüsusilə əsas strateji investor olan BP şirkəti ilə çox sağlam zəmində, qarşılıqlı dəstək, qarşılıqlı inam, qarşılıqlı maraqlar əsasında əməkdaşlıq qurmuşuq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, həm investorlar, Azərbaycana milyard dollarlarla vəsait qoyan konsorsiumlar, həm də Azərbaycan dövləti böyük gəlir əldə edir. Burada hər iki tərəf fayda götürür və uğurlu əməkdaşlığın təməlində məhz bu, dayanır.

https://azertag.az/xeber/Azerbaycan_Prezidenti_Biz_terefdaslarimizla_chox_saglam_zeminde_emekdasliq_qurmusuq-1110194

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti