“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 dekabr 2017

Azərbaycan səfiri etimadnaməsinin surətini Vatikanın dövlət katibinin müavininə təqdim edib

Azərbaycanın Fransada və eyni zamanda Vatikandakı səfiri Rəhman Mustafayev etimadnaməsinin surətini Müqəddəs Taxt-Tacın dövlət katibinin müavini Paolo Borciyaya təqdim edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Vatikan arasındakı münasibətlərə toxunulub, əməkdaşlığın perspektivlərindən danışılıb.

P.Borciya R.Mustafayevi səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. O, ölkəmizin tarixi, mədəniyyəti və təbiətinə dair nəşrləri P.Borciyaya hədiyyə edib.

Görüşdə Azərbaycanın Fransadakı səfirliyinin konsulu Zaur Fərhadov da iştirak edib.

https://azertag.az/xeber/Azerbaycan_sefiri_etimadnamesinin_suretini_Vatikanin_dovlet_katibinin_muavinine_teqdim_edib-1120485

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti