“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 oktyabr 2020

Azərbaycan səfiri: Türkiyə beynəlxalq hüquq çərçivəsində hərəkət edir və ölkəmizə mənəvi dəstəyini ifadə edir

Dağlıq Qarabağda muzdlulardan istifadə edilməsi iddialarını qəti şəkildə rədd edirik. Ermənistan isə onlardan istifadə edir və bunu heç gizlətmir də.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev RFİ radiosuna müsahibəsində deyib. Səfir bildirib ki, Türkiyə beynəlxalq hüquq çərçivəsində hərəkət edir və ölkəmizə mühüm mənəvi dəstəyini ifadə edir.

Diplomat qeyd edib ki, bu gün sülhün yeganə bazası – Ermənistan silahlı qoşunlarının 1992-ci ildən işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayondan tam, dərhal və qeyd-şərtsiz çıxmasıdır. Bu, bizim ilkin şərtimiz yox, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsas müddəasıdır.

https://azertag.az/xeber/1602009

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti