“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 iyul 2018

Fransanın “Bouygues Travaux Publics” şirkəti Azərbaycanda nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlıdır

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransanın Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlərindən biri olan “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler təmsil etdiyi qurumun ölkəmizdə nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlı olduğunu bildirdi.

Prezident İlham Əliyev bunu yüksək qiymətləndirdi və əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi.

https://azertag.az/xeber/Fransanin_Bouygues_Travaux_Publics_sirketi_Azerbaycanda_neqliyyat_insaat_metro_tikintisi_sahelerinde_islemekde_maraqlidir-1181288

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti