“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 iyun 2018

Azərbaycan Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

İyunun 5-də Azərbaycan Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, Memorandum Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədovun Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri ilə görüşündə imzalanıb.

Əli Əhmədov Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafının və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin prioritet olduğunu qeyd edib. Vurğulanıb ki, ölkəmiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatının həyata keçirdiyi layihələri dəstəkləyir və bundan sonra da əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən baş direktor Frensis Qarri ölkəmizin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının reallaşdırdığı layihələrə göstərdiyi dəstəyi yüksək dəyərləndirib. Qonaq əməkdaşlığın bundan sonra da inkişafının əhəmiyyətini vurğulayıb.

https://azertag.az/xeber/Azerbaycan_Hokumeti_ile_Umumdunya_Aqli_Mulkiyyet_Teskilati_arasinda_Anlasma_Memorandumu_imzalanib-1169621

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti