“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 aprel 2025

Nant şəhərindəki “Qarabağ” məktəbində Novruz bayramı qeyd edilib

Nant, 24 mart, AZƏRTAC

Qədim və milli Novruz bayramı Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” məktəbində təntənə ilə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, məktəblilər Novruz bayramı, onun adət-ənənələri ilə bağlı məlumatlandırılıblar. Məktəblilərə ölkəmizdəki bayram adət-ənənələrindən danışılıb. Bayram tədbirinə sevinc qatan Novruz xonçası haqqında məlumat verilib.

Bildirilib ki, Azərbaycandan kənarda yaşayan məktəblilər Novruz adət-ənənələrini olduqları ölkədə gələcək nəsillərə ötürməlidirlər. Məktəblilər Novruz şirniyyatlarına, ləbləbilərinə qonaq ediliblər. Onlar yumurta boyayıblar. Papaqatdı adəti uşaqlar tərəfindən daha çox sevilib. Həmçinin, məktəblilərə xonça bəzəmək öyrədilərək, onun haqqında məlumat verilib.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri

Nant

 

https://azertag.az/xeber/nant_seherindeki_qarabag_mektebinde_novruz_bayrami_qeyd_edilib-3474891

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti