“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 mart 2023

Parisdəki “Natəvan” Azərbaycan həftəsonu məktəbində Torpaq çərşənbəsi qeyd edilib

Paris şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Natəvan” Azərbaycan həftəsonu məktəbində Torpaq çərşənbəsi böyük sevinclə qeyd edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə şagirdlərə xalqımızın qədim bayramı olan Novruzun əsl mahiyyətindən doğan adət-ənənələri və oyunları barədə məlumat verilib.

Sonra şagirdlərin ifasında Novruz bayramına həsr olunmuş şeirlər və “Səməni” mahnısı səsləndirilib.

Bayram şənliyi yumurta boyanması ilə davam edib. Bu prosesi uşaqlara Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, rəsm müəllimi Əsmər Nərimanbəyova, musiqi müəllimi Səidə Zülfüqarova və Azərbaycan dili müəllimi Kəmalə Gülməmmədova nümayiş etdiriblər.

Qeyd edək ki, “Natəvan” Azərbaycan həftəsonu məktəbi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Başlıca məqsəd Azərbaycan dilini Fransadakı uşaqlara öyrətmək, Azərbaycan mədəniyyətini və ənənələrini təbliğ etməkdir.

 

https://azertag.az/xeber/2533616

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti