“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 noyabr 2017

Elmar Məmmədyarov: Azərbaycan ilə Braziliya arasında siyasi və iqtisadi mövzularda məsləhətləşmələr keçiriləcək

Azərbaycan ilə Braziliya arasında münasibətləri daha da dərinləşdirmək barədə razılığa gəlmişik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Gələn il Bakıda iki ölkə arasında siyasi, Braziliyada isə iqtisadi mövzularda məsləhətləşmələrin keçiriləcəyini söyləyən xarici işlər naziri bildirib: “2018-ci ilin aprelində Azərbaycanda Qoşulmama Hərəkatının nazirlər səviyyəsində görüşü olacaq. Braziliya da bu tədbirə dəvət olunub”.

https://azertag.az/xeber/Elmar_Memmedyarov_Azerbaycan_ile_Braziliya_arasinda_siyasi_ve_iqtisadi_movzularda_meslehetlesmeler_kechirilecek-1111942

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti