“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 iyul 2017

Fransalı jurnalistlər Azərbaycanda səfərdədirlər (AzerTac.az)

Fransalı jurnalist, yazıçı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi Jerar Kardon və köməkçisi Fransua Nicolas "Kür - Xəzər" xeyriyyə ictimai birliyi tərəfindən icra olunan “Azərbaycan həqiqətləri Fransa mətbuatında” layihəsi çərçivəsində Azərbaycanda səfərdədirlər.

İctimai birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

"Kür - Xəzər" xeyriyyə ictimai birliyinin sədri Akif Kərimov qeyd edib ki, səfərin məqsədi Azərbaycan həqiqətlərinin Fransa mətbuatında işıqlandırlmasından ibarətdir. Səfər çərçivəsində jurnalistlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlər ilə bağlı məsələlər, Xocalı soyqırımı, Azərbaycan multikulturalizmi, ölkəmizin sosial və iqtisadi inkişafı və digər məsələlər barədə məlumat verilir.

Fransalı jurnalistlər səfər çərçivəsində bir sıra görüşlər keçirib, həmçinin Qobustan dövlət tarixi-bədii qoruğunda, Atəşgah məbədində, Müasir İncəsənət Muzeyində olublar.

http://azertag.az/xeber/1081167

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti