2017-02-25

A l’occasion de la commémoration du 25e anniversaire du massacre de Khodjaly et en mémoire des victimes, la Maison de l'Azerbaïdjan à Paris a organisé la journée destinée aux enfants "Dessinons pour la Paix",Parisdə uşaqlar sülh naminə rəsm

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan Evi” Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar uşaqların iştirakı ilə “Sülh naminə rəsm çəkək” adlı tədbir təşkil edib.

Tədbirdə ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov, “Azərbaycan Evi”nin sədri Mirvari Fətəliyeva, Əməkdar Rəssam Əsmər Nərimanbəyova, rəssam Nigar Nərimanbəyova, valideynlər iştirak ediblər.

Mirvari Fətəliyeva “Azərbaycan Evi”nin 25 il əvvəl - 1992-ci il fevralın 24-də Ramiz Abutalıbov və Timouçin Hacıbəyli tərəfindən təsis edildiyini diqqətə çatdırıb. O, həyata keçirdikləri tədbirlərdən söz açıb, Xocalı soyqırımı və bugünkü tədbirin məqsədi haqqında məlumat verib. Bildirib ki, müsabiqǝ xarakterli bu tǝdbirdǝ uşaqlar Xocalı soyqırımını yad edǝrǝk, soyqırımı qurbanlarının xatirəsinə vǝ sülhǝ həsr olunan rǝsmlǝr çǝkǝcǝklǝr.

Səfir Elçin Əmirbəyov tariximizin qanlı səhifəsi olan Xocalı soyqırımından danışıb. Qeyd edib ki, doğma vətəndən uzaqda yaşayan uşaqlar tariximizi, şəhidlərimizin qəhrəmanlığını heç vaxt unutmamalıdırlar. Bu baxımdan belə tədbirlərin təşkilinin əhəmiyyətinə toxunub.

Sonra uşaqlar Xocalı soyqırımı ilə bağlı xəyallarında canlandırdıqları obrazları kağız üzərinə köçürüblər. Bəziləri Xocalı qurbanlarının xatirəsinə şam və qərənfil, digərləri isə sülh rəmzi olan göyərçin şəkli çəkiblər.

Qeyd edək ki, uşaqların rəsmləri Azərbaycan Mədəniyyət Mərkəzində sərgilənəcək.

Search in archive