Visa

Viza aşağıdakı üsullarla rəsmiləşdirilə bilər:

ASAN Viza (e-Visa) - https://www.evisa.gov.az/az/

“ASAN Viza” Elektron Viza Portalı vasitəsilə 3 (üç) iş günü müddətində elektron vizanın onlayn şəkildə rəsmiləşdirilməsi mümkündür. Həmçinin qeyri-iş günlərindən asılı olmayaraq 3 saat ərzində sürətləndirilmiş e-vizanın rəsmiləşdirilməsi mümkündür.

“ASAN Viza” sistemi vasitəsilə əcnəbilər Azərbaycan Respublikasında qalma müddətini 30 (otuz) günədək müəyyən edən birdəfəlik elektron vizanı onlayn formatda əldə edə bilərlər. Ətraflı məlumat üçün: https://www.evisa.gov.az/az/information

E-Viza verilən ölkələrin siyahısı: https://evisa.gov.az/az/countries

Elektron vizanın rəsmiləşdirilməsi üçün https://www.evisa.gov.az internet ünvanı vasitəsilə birbaşa müraciət olunmalıdır. Elektron vizanın alınması üçün zəruri olan məlumatlar müraciətçilər tərəfindən birbaşa “ASAN Viza” sisteminə onlayn şəkildə daxil edilir və vizanın rəsmiləşdirilməsinə görə dövlət rüsumu sistem vasitəsilə elektron qaydada ödənilir. Elektron viza müraciət etmiş şəxsin elektron poçt ünvanına (e-mail) göndərilir.

“ASAN Viza” sistemi ilə əlaqədar yaranmış suallar (və ya yarana bilən hər hansı texniki problemilə bağlı birbaşa portalın operatoru funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciət etməyiniz xahiş olunur: https://evisa.gov.az/az/contact

 

Səfirlikdə viza müraciəti qaydaları

Əcnəbilər tək və ya çoxdəfəli giriş vizası ilə bağlı Səfirliyin konsulluq bölməsinə müraciət edə bilərlər. Vizanın rəsmiləşdirilməsi prosesi 10 iş gününədək davam etdiyini nəzərə alaraq müraciətçilərdən tələb olunan sənədlərin Səfirliyin konsulluq bölməsinə əvvəlcədən təqdim edilməsi tövsiyə olunur.

Diqqət!: Viza üçün ərizə-anket tam cavablandırılmadığı və tələb olunan sənədlər tam şəkildə tərtib və təqdim edilmədiyi halda viza müraciəti qəbul edilməyəcək və sənədlər geri qaytarılacaqdır. Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır. 

 

Şəxsi, işgüzar, elm və təhsil ilə bağlı səfərlər üçün tələb olunan sənədlərin siyahısı:

  1. Ərizə-anket (ərizə-anket tam doldurulmalıdır);
  2. Pasport və onun surəti (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən ən azı 3 ay artıq olmalıdır. Pasportda viza üçün nəzərdə tutulan boş səhifə olmalıdır);
  3. Biometrik fotoşəkil - 2 ədəd (3x4);
  4. Şəxsi səfərlər üçün dəvət məktubu: Fiziki şəxslər tərəfindən şəxsi səfər üçün dəvət məktubu notarial qaydada təsdiq edilməli və dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti ilə birlikdə təqdim edilməlidir (notarial qaydada təsdiq edilmiş məktubun surəti də təqdim oluna bilər). Qeyd: Dəvət edən Azərbaycan vətəndaşı dəvət məktubunu Azərbaycan dilində tərtib etməlidir. Dəvət edən şəxs Azərbaycanda yaşadığı təqdirdə, dəvət məktubu yerli notariusda notarial qaydada təsdiq edilməlidir. Qeyd: Dəvət edən şəxs dəvət olunan Avropa İttifaqına üzv olan ölkənin vətəndaşının yaxın qohumu (ər, arvad, uşaqlar, valideynlər, babalar, nənələr və nəvələr) olduğu halda, qohumluq əlaqəsini sübut edən təsdiqedici sənədlərin surəti (nikah və ya doğum haqqında şəhadətnamə) təqdim olunmalıdır. Yaxın qohumluq əlaqəsini təsdiq edən sənədlər təqdim edildiyi halda Aİ vətəndaşlarından viza rüsumu tutulmur;
  5. İşgüzar, elm və təhsil səfərləri: Hüquqi şəxslər tərəfindən dəvət olunduğu halda, qəbul edən tərəfin (hüquqi şəxsin) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənmiş vəsatətinin əsli və ya surəti. Ətraflı məlumat üçün: https://mfa.gov.az/az/category/viza/azerbaycan-respublikasina-ecnebini-ve-ya-vetendasligi-olmayan-sexsi-devet-etmek-ucun-teleb-olunan-senedler
  6. Belçika və Lüksemburqda yaşayan əcnəbilər üçün şəxsin müvəqqəti və ya daimi yaşayış icazəsi;
  7. Dövlət rüsumunun ödənilməsi barədə  qəbz.

  

Turizm məqsədilə səfər edənlərə viza rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər: 

  1. Ərizə-anket (ərizə-anket tam doldurulmalıdır);
  2. Pasport və onun surəti (pasportun etibarlılıq müddəti viza verildiyi gündən etibarən ən azı 90 gündən tez bitməməlidir və pasportda viza üçün nəzərdə tutulan boş səhifə olmalıdır);
  3. Biometrik fotoşəkil - 2 ədəd (3x4);
  4. Otel sifarişinin surəti (ölkədə qalma tarixlərinə uyğun) və bron edilmiş təyyarə biletinin surəti (eləcə də qatar, avtobus biletinin surəti və ya nəqliyyat vasitəsinin sənədinin surəti);
  5. Almaniyada yaşayan əcnəbilər üçün AFR-də müvəqqəti və ya daimi yaşamaq icazəsi;
  6. Belçika və Lüksemburqda yaşayan əcnəbilər üçün şəxsin müvəqqəti və ya daimi yaşayış icazəsi;
  7. Dövlət rüsumunun ödənilməsi barədə  qəbz.

 

Tranzit kateqoriyalı vizanın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

Qeyd: Tranzit kateqoriyalı viza təyinat ölkəsinə səfər edən və Azərbaycan Respublikasından tranzit keçən şəxslər üçün rəsmiləşdirilir. Birdəfəlik tranzit vizanın etibarlıq müddəti 1-5 gün təşkil edir.

  1. Ərizə-anket (ərizə-anket tam doldurulmalıdır);
  2. Pasport və onun surəti (pasportun etibarlılıq müddəti viza verildiyi gündən etibarən ən azı 90 gündən tez bitməməlidir və pasportda viza üçün nəzərdə tutulan boş səhifə olmalıdır);
  3. Biometrik fotoşəkil - 2 ədəd (3x4);
  4. Təyinat ölkəsinin etibarlı vizası və ya təyinat ölkəsində olma hüququnu təsdiq edən sənədin surəti;
  5. Dövlət rüsumunun ödənilməsi barədə  qəbz

 

 

Diplomatik, xidməti, rəsmi və ya xüsusi pasportlara malik şəxslər üçün vizasız gediş-gəliş rejimi:

Azərbaycan Respublikası və bir sıra xarici ölkələr arasında qarşılılıq prinsipi əsasında diplomatik, xidməti, rəsmi və ya xüsusi pasportlara malik vətəndaşlar üçün vizasız gediş-gəliş rejimi tətbiq olunur: https://mfa.gov.az/files/shares/Consulate/Vizasiz.pdf

 

Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumlarının dərəcələri:

Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumunun dərəcələri: https://mfa.gov.az/files/shares/Consulate/viza%20rusum.pdf

Qeyd: Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdiri̇lməsi̇ni̇n sadələşdiri̇lməsi̇ haqqında sazişin 6-cı maddəsində göstərilən şəxslər viza rüsumundan azaddırlar: http://www.e-qanun.az/framework/27472 

Diqqət! Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır. 

Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq   

Qeyd: Müvafiq hallarda viza üçün əlavə sənədlər tələb oluna bilər.

Arxiv üzrə axtarış