Səfirin tərcümeyi-halı

 

 

Leyla Abdullayeva

Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

 

Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub.

Orta təhsilini Bakıda alıb və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magist pillələrində təhsil alıb.

2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb. 2018-2022-ci illərdə XİN-in mətbuat katibi olub.

AR Prezidentinin 17 oktyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Ailəlidir, iki övladı var.

 

 

Arxiv üzrə axtarış