Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması qaydası
Vətəndaşlıq və şəxsiyyəti təsdiq edən müvafiq etibarlı sənədləri olmayan vətəndaşların Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyən etmək üçün Konsulluğa aşağıdakı sənədlər təqdim olunmalıdır:
- 1 ədəd ərizə-anket;
- 1 ədəd rəngli foto-şəkil (3x4);
- Olduğu təqdirdə şəxsiyyəti təsdiq edən hər hansı sənədin (şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu) surəti, doğum haqqında şəhadətnamə, köhnə SSRİ pasportu, sürücülük vəsiqəsi, valideynlərə məxsus sənədlər və s.);