2017-12-04

Azərbaycanın xarici işlər naziri Rusiyaya işgüzar səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsində iştirak etmək üçün Rusiyaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 4-5-də keçiriləcək tədbirdə nazir Elmar Məmmədyarovun çıxışı nəzərdə tutulub.

https://azertag.az/xeber/Azerbaycanin_xarici_isler_naziri_Rusiyaya_isguzar_sefere_yola_dusub-1117604

Arxiv üzrə axtarış