2017-03-23

Fransada yaşayan Azərbaycan icmasının üzvləri Novruzu adət-ənənələrimizə uyğun olaraq qeyd ediblər + Video (AzerTac)

Fransada yaşayan Azərbaycan icmasının üzvləri Novruz bayramını adət-ənənələrimizə uyğun olaraq qeyd ediblər.

Bayram mərasimində çıxış edən ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov Novruz adət-ənənələrinin qədimiliyindən söz açıb, çətin tarixi dövrlərə baxmayaraq, xalqımızın bu qədim bayramın bütün incəliklərini müasir dövrümüzə qədər qoruyub saxladığını vurğulayıb. Bildirib ki, Novruz bayramının yüksək səviyyədə qeyd olunması Azərbaycan xalqının öz milli dəyərlərinə verdiyi qiymətin göstəricisidir.

Səfir qeyd edib ki, bu gün Azərbaycanda dövlət səviyyəsində bütün milli dəyərlərimizin, o cümlədən Novruz adət-ənənələrinin qorunub saxlanılmasına xüsusi diqqət göstərilir. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünya azərbaycanlılarını bu milli bayramımız münasibətilə təbrik etdiyini xatırladıb.

Bayram mərasimi Azərbaycandan gələn musiqiçilərin ifasında konsert proqramı ilə davam edib.

Arxiv üzrə axtarış