Fransalı tarixçi Azərbaycan haqqında yazır (AzerTac)
Paris, 8 may, AZƏRTAC
Fransanın “Causeur” portalının direktoru, tarixçi Jil Mihalenin həmin portalda Azərbaycana səfəri ilə bağlı təəssüratlarının əks olunduğu məqaləsi dərc edilib.
Məqalənin əvvəlində Azərbaycan haqqında ətraflı məlumat verilir. Müəllif yazır ki, bu gün “qara qızıl” Azərbaycan paytaxtının hər tərəfində özünü göstərir - göydələnlər, xüsusilə də məşhur Alov qüllələri, lüks mağazalar, otellər və saysız-hesabsız tikililər.
Məqalədə qeyd edilir ki, karbohidrogen ehtiyatları Azərbaycanın üstünlüyüdür, ancaq xəritəyə nəzər saldıqda onun mürəkkəb regionda yerləşdiyini görürük. Müəllif bu kontekstdə Azərbaycanın coğrafi mövqeyi və tarixi barədə ətraflı məlumat verir.
Məqalədə əsrlərdir Azərbaycanda çoxsaylı xalqların bir yerdə yaşadığı diqqətə çatdırılır.
Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verir. Münaqişə nəticəsində Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi, bir milyon azərbaycanlının doğma evlərini tərk etməyə məcbur qaldığı diqqətə çatdırılır. Məqalədə müstəqilliyinin ilk illərində Azərbaycanın ciddi siyasi, iqtisadi problemlər yaşadığı, belə bir çətin vəziyyətdə xalqın Heydər Əliyevə müraciət etdiyi vurğulanır. Bildirilir ki, Heydər Əliyev öz təcrübəsi, qətiyyəti, iradəsi, cəsarətli addımları ilə ölkəni düşdüyü vəziyyətdən çıxardı və inkişaf etdirdi.
Yazıda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatlar, ölkədə gedən inkişaf prosesləri haqqında ətraflı məlumat verir.