2017-05-03

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Parisdə (AzerTac)

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyini mühüm layihə ilə qarşılamaq məqsədilə Arzu Əliyevanın irəli sürdüyü ideya əsasında hazırlanmış “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi bir çox ölkələrdə maraqla qarşılanıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris ofisinin və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə mayın 29-da Hərbi Muzeydə nümayiş etdiriləcək.

Filmin nümayişindən sonra tamaşaçıların ekran əsərinin prodüseri Lui Vodvil, rejissoru Robert Maqnerot və tarixçi Frederik Gölton ilə fikir mübadiləsi aparmaq imkanı olacaq.

Filmdə İkinci Dünya müharibəsində Azərbaycan xalqının rəşadəti, Qələbənin təmin edilməsində Bakı neftinin strateji əhəmiyyəti barədə müfəssəl məlumat verilir.

Çəkilişi Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle&Co” şirkəti tərəfindən aparılmış film İkinci Dünya müharibəsinin dəhşətləri barədə təsəvvür oyatmaq və həmin illərin ağır dövrünü yaşamış Azərbaycan xalqı haqqında fransızlara ətraflı məlumat vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Arxiv üzrə axtarış