2017-05-25

Bilirəm ki, soyadım Azərbaycanda məşhurdur” – Ceyhun Hacıbəylinin gəlini və nəvəsi ilə müsahibə. (Azvision.az)

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olan şəxsiyyətlərdən biri də Ceyhun Hacıbəylidir. Onun Vətən və millət qarşısında gördüyü böyük işlər danılmaz tarixi həqiqətdir.

Ceyhun Hacıbəyli 1891-ci il, fevralın 3-də Şuşada anadan olub. İlk təhsilini Şuşada Nəcəf bəy Vəzirovun müdir olduğu məktəbdə, orta təhsilini isə Bakıda alıb. 1908-ci ildə, yanvarın 12-də qardaşı Ü. Hacıbəylinin “Leyli və Məcnun” operasının H.Z.Tağıyevin teatrında tamaşaya qoyulmasında onun da xidmətləri olub.

C.Hacıbəyli bir müddət Əli bəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində çalışıb, sonradan təhsilini davam etdirmək üçün Peterburqa gedib, universitetin hüquq fakültəsinə daxil olub. Ardınca Fransaya gedib və Sorbonna universitetində təhsil alıb. Azərbaycana qayıtdıqdan sonra müxtəlif qəzetlərdə Azərbaycan və rus dillərində məqalələrlə çıxış edib.

http://az.azvision.az/news/118210/bilirem-ki,-soyadim-azerbaycanda-meshurdur-%E2%80%93-ceyhun-hacibeylinin-gelini-ve-nevesi-ile-musahibe-fotolar.html

Arxiv üzrə axtarış