2017-07-06

Fransada ermənipərəst senator korrupsiya əməllərinə görə həbs edilib (AzerTac)

Fransanın Yuxarı Sena departamentindən olan ermənipərəst senator Filip Kaltenbax iki il müddətinə azadlıqdan məhrum edilib. Ermənipərəst senator korrupsiya əməlinə görə cəzalandırılıb. O, sosial mənzilin üçüncü şəxsə verilməsini vəd edərək nağd pul almaqda ittiham olunub.

İttihamları rədd edən F.Kaltenbax bunun onun rəqibi olan qonşu kəndin meri Filip Pemezekin əməli olduğunu iddia edib. Lakin onun nağd pul alması gizli kameralarla qeydə alınıb.

Ermənipərəst senator növbəti seçkilərdə namizədliyini irəli sürə bilməyəcək.

http://azertag.az/xeber/Fransada_ermeniperest_senator_korrupsiya__emellerine_gore_hebs_edilib-1075821

Arxiv üzrə axtarış