2017-07-06

Fransanın sabiq nəqliyyat naziri, Milli Assambleyanın fəxri üzvü, Fransa-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun keçmiş rəhbəri Tyeri Mariani www.1905.az portalına açıqlama verib (1905.az)

“Azərbaycan Respublikasının Füzuli rayonunda baş vermiş hadisə haqqında bu gün eşitdim və bu mənə çox təsir etdi. Çünki, yenə də ermənilər tərəfindən Azərbaycanda müdafiəsiz insanlara, dinc sakinlərə qarşı vəhşicəsinə cinayət, qətl törədilib. Bu məni əlbəttə ki, çox narahat etdi. Mən bunun haqqında eşitdim və oxudum ki, orada nənə və onun 2 yaşlı nəvəsi qətlə yetirilib, bir qadın çox ağır yaralanıb. Bu əlbəttə çox üzücü bir haldır. Bu Ermənistan tərəfinin işğalçı siyasətinin bir hissəsidir. Mən öz adımdan deyirəm ki, ilk növbədə Ermənistan hökümətinin bu vəhşi hərəkətlərinin qarşısını almaq lazımdır. İkincisi isə beynəlxlq təşkilatlar Ermənistanın Azərbaycana qarşı təcavüzünə, bu qəddar davranışlara tez bir zamanda son qoymalıdır. Ermənistanın Azərbaycana qarşı törətdiyi bu qeyri-insani hərəkətlər artıq 20 ildən çoxdur ki, davam etməkdədir. Bu qəddarlıqların törədilməsi və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi beynəlxalq qətnamələrin ziddinə olan hərəkətlərdir və beynəlxalq təşkilatlar bunun dayandırılması üçün ciddi addımlar atmalıdırlar. Burada ATƏT-in Minsk Qrupunun rolunu vurğulamaq lazımdır. Minsk qrupu Ermənistanın mülki insanlara qarşı törətdiyi bu vəhşi hərəkətlərə son qoyulmasına nail olmalıdır. Eyni zamanda işğal olunmuş torpaqlar sülh yolu ilə Azərbaycana qaytarılmalıdır. Çünki, qanuni olaraq bu Azərbaycan ərazisidir.  Krım problemi ilə bağlı beynəlxalq aləmin göstərdiyi mütəşəkkillik və səfərbərlik işğal altında olan Azərbaycan torpaqlarına qarşı da nümayiş etdirilməlidir. Bütün beynəlxalq təşkilatlar bu məsələni gündəmdə saxlamalı və bir sözlə bunu müzakirə etməlidirlər. Mülki əhalinin qətlinə son qoymalıdırlar. Bunun vaxtı artıq gəlib çatıb. “

http://1905.az/tyeri-mariani-m%C9%99n-oez-adimdan-deyir%C9%99m-ki-ilk-noevb%C9%99d%C9%99-erm%C9%99nistan-hoekuem%C9%99tinin-bu-v%C9%99hsi-h%C9%99r%C9%99k%C9%99tl%C9%99rinin-qarsisini-almaq-lazimdir/

Arxiv üzrə axtarış