2017-07-12

Fransanın “Radio Courtoisie” radiosunda kiçik Zəhradan danışılıb (AzerTac.az)

Bakı, 12 iyul, AZƏRTAC

AZƏRTAC-ın Fransadakı xüsusi müxbiri Şəhla Ağalarova bu ölkənin “Radio Courtoisie” radiosunda erməni silahlı bölmələrinin iyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı Zəhra və onun nənəsinin həlak olması haqqında məlumat verib.

Verilişdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, digər ölkələrdə yaşayan ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsindən bəhs edilib. Keçən əsrdə azərbaycanlıların öz doğma yurdlarından dəfələrlə deportasiya edildiyi diqqətə çatdırılıb. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının doğma torpaqlarından didərgin düşdüyü vurğulanıb.

Verilişdə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu barədə danışılıb, Ermənistanın mövcud status-kvonun saxlanılmasında maraqlı olduğu bildirilib. Qeyd edilib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Bu məqsədlə 2016-cı ilin dekabrında “Sülh platforması” yaradılıb, ancaq erməni tərəfi bu platformaya da maneələr törətdi.

Qeyd edək ki, “Radio Courtoisie”nin səkkiz yüz mindən çox dinləyicisi var.

 

 

http://azertag.az/xeber/Fransanin_Radio_Courtoisie_radiosunda_kichik_Zehradan_danisilib-1077469

Arxiv üzrə axtarış