2017-07-10

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə medallar qazanıblar (AzerTac.az)

Fransada keçirilmiş 4-cü beynəlxalq open turnirdə polşalı şahmatçı Mixail Krasenkov 9 xaldan 8-ni toplayaraq qalib olub.

AZƏRTAC xəbər verir ki, qrossmeysterlərimiz Eltac Səfərli və Qədir Hüseynov, fransalı şahmatçılar Matye Kornett, Laurent Fressine və belaruslu Sergey Jiqalko turnirin qalibindən bir xal geri qalıblar. Əlavə göstəricilərə görə, Eltac Səfərli turnirin gümüş medalına layiq görülüb, Qədir Hüseynov isə bürünc medala sahib olub.

Turnir Korsikada İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub. Turnirdə 21 ölkədən 200 şahmatçı, o cümlədən 18 qrossmeyster iştirak edib.

 

http://azertag.az/xeber/1077020

Arxiv üzrə axtarış