2017-08-19

UNEC Fransanın nüfuzlu ali məktəbi ilə əməkdaşlığı genişləndirir (AzerTac.az)

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Fransanın Montpellier Universiteti ilə müəllim-tələbə mübadiləsi və digər sahələrdə əməkdaşlığı daha da genişləndirir. Bu günlərdə UNEC-in beynəlxalq əməkdaşlıq departamentinin mütəxəssisi Aysel Musayeva Montpellier Universitetinin “Erasmus+” mübadilə proqramında iştirak edib. Bu barədə AZƏRTAC-a UNEC-dən bildirilib.

A.Musayeva Montpellier Universitetinin beynəlxalq layihələri ilə yaxından tanış olub. O, bu sahədə hər iki universitet arasında gələcək əməkdaşlıq imkanlarına dair həmkarları ilə fikir mübadiləsi aparıb, eyni zamanda, UNEC-in beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.

 

 

http://azertag.az/xeber/1087093

Arxiv üzrə axtarış