2017-09-06

UNEC Fransanın Montpellier Universiteti ilə yeni əməkdaşlıq haqqında ilkin razılıq əldə edib (AzerTac)

Fransanın Montpellier Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə bütün istiqamətlərdə əməkdaşlıqda maraqlıdır.

Bu barədə Fransanın Montpellier Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fransua Henn UNEC-də keçirilən görüşdə bildirib.

UNEC-dən AZƏRTAC-a verilən məlumata görə, F.Henn ikitərəfli əlaqələrin inkişafından, xüsusilə ikili diplom proqramına olan marağın artmasından məmnunluğunu bildirib. O, yeni tədris ilində birgə proqramın ilk məzunlarının olacağını əlamətdar hal kimi qeyd edib. Montpellier Universitetində son zamanlar reallaşdırılan layihələr haqqında məlumat verən professor həmin layihələrə UNEC-in böyük töhfə verəcəyini vurğulayıb.

Görüşdə “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən “NİZAMİ” layihəsinin əhəmiyyətindən bəhs olunub.

Sonra Montpellier Universiteti ilə yeni əməkdaşlıq istiqamətləri haqqında ilkin razılıq əldə edilib. UNEC Biznes Məktəbi ilə “Executive MBA” proqramı, uzunmüddətli birgə tədqiqatların dəstəklənməsi, sahibkarlıq təhsili sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, ekologiya, ətraf mühit və iqtisadiyyat üzrə birgə layihələrin işlənilməsi və digər mövzular barədə fikir mübadiləsi aparılıb.

 

https://azertag.az/xeber/UNEC_Fransanin_Montpellier_Universiteti_ile_yeni_emekdasliq_haqqinda_ilkin_raziliq_elde_edib-1091225

Arxiv üzrə axtarış