2017-10-03

Mixael Kindsqrab: 2017-ci il Almaniya-Azərbaycan əlaqələrinin inkişafı baxımından uğurlu ildir VİDEO

2017-ci il Almaniya-Azərbaycan əlaqələrinin inkişafı baxımından uğurlu ildir. Bu il biz üç mühüm yubileyi qeyd edirik. İki yüz il bundan əvvəl ilk alman mühacirləri Azərbaycanda məskunlaşıb. Qırx il əvvəl isə Lüdviqshafen və Sumqayıt şəhərləri arasında dostluq əlaqələri qurulub. Üçüncü yubiley isə Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyidir. Biz bu gün yalnız geriyə baxmırıq, eyni zamanda, sevinc hissi ilə birgə gələcəyimizi gözləyirik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.

"Növbəti illərdə maraqlı layihələrimiz gözlənilir. Almaniya parlamenti - Bundestaq Bakıda Höte İnstitutunun açılması üçün vəsait ayırıb. Alman sahibkarları indi Azərbaycan iqtisadiyyatına daha çox sərmayə yatırırlar. Biz ümid edirik ki, mövcud əlaqələrimiz gələcəkdə daha da genişlənəcək. Azərbaycan Avropanın, o cümlədən Almaniyanın neft və qazla təchiz olunmasında beş ən mühüm tərəfdaşlar sırasındadır. Almaniya iqtisadiyyatın şaxələndirilməsində Azərbaycanı daim dəstəkləyir. Biz Avropa İttifaqı və Azərbaycan əlaqələrini də dəstəkləyir və ümid edirik ki, Aİ və Azərbaycan arasında yeni sazişlər imzalanacaq. Bu il, həmçinin Almaniya-Azərbaycan biznes forumu təşkil olunacaq. Bu forumda çoxsaylı alman şirkətləri iştirak edəcək. Biz Azərbaycanın gələcək iqtisadiyyatına inanırıq və istərdik ki, alman şirkətləri bu inkişafa öz töhfələrini versin", - deyə diplomat bildirib.

Arxiv üzrə axtarış