2017-10-30

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı güclü ticarət və nəqliyyat əlaqələrinin yaradılmasında mühüm addımdır

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı bütün Avrasiyada daha güclü ticarət, kommersiya və nəqliyyat əlaqələrinin yaradılmasında mühüm addımdır. Bu layihə böyük İpək yolu layihəsinin son dərəcə vacib komponentidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu İpək yolu üçün böyük əhəmiyyətə malikdir. Biz uzun müddət İpək yolunun əhəmiyyəti barədə danışırdıq və bugünkü açılış bu istiqamətdə atılan növbəti addımdır.

https://azertag.az/xeber/Baki_Tbilisi_Qars_demir_yolunun_achilisi_guclu_ticaret_ve_neqliyyat_elaqelerinin_yaradilmasinda_muhum_addimdir-1107049

Arxiv üzrə axtarış