2017-10-30
İbrahim Rəhmipur: “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi prezidentlərin Tehran görüşündə əsas müzakirə obyekti olacaq
İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehran görüşündə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşdırılması məsələsi əsas müzakirə mövzusu olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini İbrahim Rəhmipur deyib.
Onun sözlərinə görə, hər üç dövlət bu dəhlizin formalaşması istiqamətində səylərini əsirgəmir. Asiya ilə Avropanı birləşdirəcək bu beynəlxalq nəqliyyat dəhlizi dövlətlərin iqtisadi inkişafına təkan verməklə yanaşı, siyasi sahədə əməkdaşlığı da artıracaq.