Fransa portalı XIX əsr Bakısından yazıb
Fransanın “Societe de Geographie” ən qədim alimlər cəmiyyətinin https://socgeo.comportalında Reims şəhərinin “Le Vergeur” muzeyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə XIX əsrdə yaşamış fransız səyyah və fotoqrafı Üq Kraftın Bakıda çəkdiyi şəkillərdən ibarət “Bakını kəşf edək. Üq Kraftın Qafqaz səyahətləri” adlı sərgisinə dair geniş məlumat dərc olunub.
AZƏRTAC xəbər verir ki, məlumatda Üq Kraftın Bakıya səyahəti, Xəzər dənizi sahillərində yerləşən şəhərin dünyanın qədim neft sənayesi və regionun ən vacib iqtisadi mərkəzi olmasından, Nobel və Rotşild kimi xarici sərmayəçilərin Bakıya gəlişindən söz açılıb.
Üq Kraft fotolarında o dövr paytaxtımızın gündəlik həyat tərzini əks etdirib.
Qeyd edək ki, 2017-ci il noyabrın 25-dən 2018-ci il fevralın 4-dək davam edəcək sərgidə Üq Kraftın 1896-1898-ci illərdə Azərbaycan paytaxtına səyahəti zamanı çəkilmiş fotoları nümayiş olunacaq.
Sərgi ziyarətçilərə XIX əsrin sonlarında dünyada əsas neft sənayesi mərkəzlərindən biri olan Bakı şəhərini yaxından tanımağa imkan verəcək.
https://azertag.az/xeber/Fransa_portali_XIX_esr_Bakisindan_yazib-1107723