Avropa Parlamentinin deputatı: Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamıkin söyləyib.
Onun sözlərinə görə, münaqişələrin həlli beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin məşğul olduğunu xatırladan avropalı deputat qeyd edib ki, münaqişənin həll olunmaması Avropa qonşuluq siyasətinin tam həyata keçirilməsinə mane olur.
A.Mamıkin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir, münaqişə hərbi yox, siyasi yolla həllini tapmalıdır.