2017-11-01

"Şahdəniz-1" layihəsi üzrə Gürcüstana 6,5 milyard kubmetr, Türkiyəyə isə 48,5 milyard kubmetr qaz nəql olunub

Oktyabrın 1-dək "Şahdəniz-1" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə Gürcüstana 6,5 milyard kubmetr, Türkiyəyə isə 48,5 milyard kubmetr qaz nəql edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abbasov deyib.

Ə.Abbasov qeyd edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz kondensat yatağından işlənmənin əvvəlindən indiyədək 86 milyard kubmetr qaz və 21,5 milyon ton kondensat hasil olunub.

https://azertag.az/xeber/_quotSahdeniz_1_quot_layihesi_uzre_Gurcustana_65_milyard_kubmetr_Turkiyeye_ise_485_milyard_kubmetr_qaz_neql_olunub-1107825

Arxiv üzrə axtarış