2017-11-02

Heidi Hautala: Avropa Parlamentinin üzvləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə iştirak etməlidirlər

Avropa Parlamentinin vitse-prezidenti xanım Heidi Hautala qurumun üzvlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə iştirak etməli olduqlarını bildirib.

AZƏRTAC xəbər verir ki, Avronest Parlament Assambleyasının VI sessiyasının plenar iclasında çıxışı zamanı H.Hautala deyib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur, təkliflərlə çıxış edirlər. Ancaq digər beynəlxalq təşkilatlar da Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfələrini verə bilərlər.

“Baxmayaraq ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə məşğuldur, ancaq düşünürəm ki, Avropa Parlamentinin üzvləri bu münaqişənin həlli ilə bağlı müzakirələrdən qaçmamalıdırlar”, - deyə o qeyd edib.

https://azertag.az/xeber/Heidi_Hautala_Avropa_Parlamentinin_uzvleri_Dagliq_Qarabag_munaqisesinin_helli_ile_bagli_muzakirelerde_istirak_etmelidirler-1108159

Arxiv üzrə axtarış