2017-11-02

Rusiya Federasiyası Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Noyabrın 2-də Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Valeh Ələsgərov Azərbaycan və Rusiya dövlətləri və xalqları arasında əlaqələrin inkişaf etdiyini bildirib.

İlyas Umaxanov Azərbaycan Prezidenti İlham Əliyevin onu ordenlə təltif etməsindən şərəf duyduğunu deyib. O, dövlətlərarası, parlamentlərarası əlaqələrin inkişafı üçün görülən işləri yüksək qiymətləndirib.

https://azertag.az/xeber/Rusiya_Federasiyasi_Federasiya_Surasinin_numayende_heyeti_Milli_Meclisde_olub-1108270

Arxiv üzrə axtarış