2017-11-07

Azərbaycanın xarici işlər naziri İsveçdə səfərdədir

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığında rəsmi səfərdədir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki günlük səfər çərçivəsində Elmar Məmmədyarovun İsveçin xarici işlər naziri xanım Marqot Vallström və digər rəsmi şəxslər ilə görüşü nəzərdə tutulub.

Xatırladaq ki, ötən il fevralın 10-da İsveçin xarici işlər naziri Marqot Vallström Azərbaycana səfər edib.

https://azertag.az/xeber/Azerbaycanin_xarici_isler_naziri_Isvechde_seferdedir-1109135

Arxiv üzrə axtarış