2017-11-13

Rəcəb Tayyib Ərdoğan: Vladimir Putinlə görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyik

Türkiyə və Rusiya prezidentləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacaqlar.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyaya səfərindən əvvəl Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında Prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq.

https://azertag.az/xeber/Receb_Tayyib_Ardogan_Vladimir_Putinle_gorusde_Dagliq_Qarabag_munaqisesini_muzakire_edeceyik-1111232

Arxiv üzrə axtarış