2017-11-14

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya işgüzar səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Rusiyaya işgüzar səfər edəcək.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, səfər əsnasında nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada görüşü nəzərdə tutulub.

H.Hacıyev deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Azərbaycana səfər edəcək.

https://azertag.az/xeber/Xarici_isler_naziri_Elmar_Memmedyarov_Rusiyaya_isguzar_sefer_edecek-1111562

Arxiv üzrə axtarış