2017-11-20

Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərimizi davam etdirəcəyik

Rusiya ilə Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq var. Bu gün biz ticari və digər sahələrdə də əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz beynəlxalq platformalarda eyni mövqedən çıxış edirik. Biz, həmçinin Xəzərin statusu ilə bağlı məsələlərdən danışdıq”, - deyə S.Lavrov vurğulayıb.

Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi bu məsələnin həlli üçün səylərimizi davam etdirəcəyik. İnanıram ki, münaqişənin həllində diplomatiya qalib gələcək.

https://azertag.az/xeber/Sergey_Lavrov_Dagliq_Qarabag_munaqisesinin_helli_uchun_seylerimizi_davam_etdireceyik-1113310

Arxiv üzrə axtarış