2017-12-06

Vyanada Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib

Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparıldığını bildirib. O qeyd edib ki, rəsmi Bakı substantiv danışıqlar vasitəsilə Minsk qrupunun həmsədrləri ilə birlikdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.

Arxiv üzrə axtarış