2017-12-06
Vyanada Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçirilib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Avstriyanın paytaxtı Vyanada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrin aparıldığını qeyd edib.