2017-12-07

XİN: Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir

Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Ölkəmiz Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

“Biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq”, - deyə H.Hacıyev əlavə edib.

https://azertag.az/xeber/XIN_Azerbaycan_Israil_Felestin_munaqisesinin_sulh_yolu_ile_hellini_destekleyir-1118769

Arxiv üzrə axtarış