2017-12-18

Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun rəhbəri Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil dekabrın 18-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsini ziyarət edib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

https://azertag.az/xeber/Avropa_Parlamentinin_Avropa_Muhafizekarlar_ve_Islahatchilar_Qrupunun_rehberi_Sehidler_xiyabanini_ziyaret_edib-1121867

Arxiv üzrə axtarış