Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişaf perspektivləri, Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin nəticələri, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Avropa Parlamenti ilə əlaqələr müzakirə edilib.
Müzakirələr Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil ilə görüşündə aparılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş üzrə aparılan danışıqlar prosesi barədə danışıb, bu sənədin ikitərəfli əlaqələrin hərtərəfli inkişafı üçün mühüm zəmin yaradacağına əminliyini ifadə edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.