2017-12-18

Türkiyənin nazir müavini: Azərbaycan “Ekspo 2025” sərgisinə ev sahibliyi etməyə layiqdir

Azərbaycan “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməyə layiqdir və Türkiyə bu məsələdə qardaş ölkəyə dəstək verəcək.

Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız söyləyib.

XİN müavini deyib ki, Azərbaycan bölgədə çox böyük uğurlara imza atıb, uğurlu beynəlxalq layihələrin həm müəllifi, həm də iştirakçısıdır. Eyni zamanda, Azərbaycan bir sıra mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Ə.Yıldız deyib: “Hesab edirəm ki, bu sahədə böyük təcrübəyə malik Azərbaycan “Ekspo 2025” sərgisinə də uğurla ev sahibliyi edə bilər.

İnanıram ki, Azərbaycana dəstək verən ölkələr çox olacaq. Türkiyə bu məsələdə də bütün imkanlardan istifadə etməklə Azərbaycanın yanındadır”.

https://azertag.az/xeber/Turkiyenin_nazir_muavini_Azerbaycan_Ekspo_2025_sergisine_ev_sahibliyi_etmeye_layiqdir-1121899

Arxiv üzrə axtarış